BMT Baş katib Gəncəyə raket zəbəsini pislədi
Baş katib münaqişə ərazisində insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayır. Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi, eləcə də Stepanakert/Xankəndi də daxil olmaqla Dağlıq Qarabağ münaqişə zonası və onun kənarında yerləşən bütün yaşayış məntəqələrinə edilən zərbələr tamamilə qəbulolunmazdır.
“Turan” yazır ki, Baş katib tərəflərin beynəlxalq birliyin döyüşləri dərhal dayandırmaq üçün təkrar çağırışlarına davamlı olaraq məhəl qoymadıqlarına görə dərin təəssüf hissi keçirir. Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə son telefon danışıqlarında baş katibin bir daha vurğuladığı kimi, hər iki tərəf beynəlxalq humanitar hüquqa görə hərbi əməliyyatlar apararkən mülki şəxslər və mülki infrastrukturun qorunması və müdafiəsini təmin etmək öhdəliyi var.
Bastainfo