Koronavirus infeksiyasına 584 yeni yoluxma

Azərbaycanda koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 45 879 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

 

Azərbaycanda son sutka ərzində 9028, hazırkı dövrədək isə 1241664 test aparılıb.