Qarabağ razılaşması oktyabrın 19-dan masada olub – erməni deputatlardan ilginc açıqlamalar

“Şuşa gedəndən sonra hər hansı bir hərbi uğura ümid qalmadı”

 

Ermənistanın hakim partiyasının deputatları İkinci Qarabağ savaşının yekunu olaraq noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanan razılaşmanın hələ oktyabrın 19-dan hazır olduğunu, lakin o məqamda Nikol Paşinyanın bunu imzalamaqdan imtina etdiyi açıqlayıblar.

 

“Oktyabrın ikinci yarısında erməni tərəfi yeddi rayondan imtina etməyə razı oldu, lakin Azərbaycan prezidenti İlham Əliyev Şuşanı da tələb etdikdə bu fikirdən imtina etdi”. “Sputnik”in məlumatına görə bunu “Mənim Addımım” blokundan parlament sədrinin müavini Lena Nazaryan parlamentdəki brifinqdə bəyan edib.

 

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, 19-20 oktyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri Qarabağın cənub hissəsinə nəzarəti bərpa etdikdən sonra, o,  İlham Əliyevi hərbi əməliyyatları dayandırmağa razı sala bilib, lakin azərbaycanlı qaçqınların Şuşaya qaytarılması zəruru şərt kimi irəli sürüldüyü üçün, Ermənistan o mərhələdə bəyanatı imzalamayıb.

 

“Erməni tərəfi bu təklifi müzakirə edərək qərara gəldi ki, əslində bu, Şuşanı  təslim etmək deməkdir, çünki azərbaycanlı qaçqınların şəhərə qayıtması ondan imtina etmək deməkdir. Erməni tərəfi şəhərin strateji mövqeyini nəzərə alınaraq, Şuşada hərbi uğurlar qazanacağına inanırdı, lakin bu baş vermədi. Bəyanat Şuşa əldən getdikdən sonra imzalandı, çünki artıq hər hansı bir hərbi uğura ümid qalmamışdı” – deyə, Lena Nazaryan əlavə edib.

 

Bu mövzuda açıqlama verən daha bir deputat Arman Yegoyan isə qeyd edib ki, 19-20 oktyabr tarixlərində cəbhə xətti Şuşadan 20 kilometr aralıda olan   Martunidən keçirdi: “Bu şəraitdə qaçqınların Şuşaya necə qayıdacağını təsəvvür etmək çətin idi. Birincisi, hansı şərtlərlə qayıtmalı olduqları bilinmirdi. İkincisi, o halda şəhərin meri azərbaycanlı olmalı idi, çünki əhalinin ən azı 80% -i azərbaycanlı olacaqdı. Güman edirəm ki, bəlkə şəhərdə heç bir erməni də qalmayacaqdı. Belə bir şəraitdə şəhər erməni tərəfinin nəzarəti altında necə qala bilər?”

 

Qeyd ədək ki, Azərbsycan ordusu noyabrın 8-də Şuşanı ışğaldan azad edib. Bundan sonra Azərbaycan, Rusiya və Ermənistan arasında sülh razılşması imzalanıb. Noyabrın 10-da qüvvəyə minən razılaşmaya əsasən Ermənistan dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğaldan azad etməlidir. Dağlıq Qarabağın bir hissəsinə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

 

Basta