Kubadan Azərbaycana 120 həkim gətirilib
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti briqada gətirilib.
Amerikanın Səsinin məlumatına görə həkim briqadasının rəhbəri Dalsi Torres Avila Kubadan Azərbaycana ilk həkim briqadasının bu ilin iyul ayında gəldiyini xatırladıb.
“Həmin briqadada olan 115 həkim 1 nömrəli klinik xəstəxanada fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq,” o qeyd edib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliynin (TƏBİB) şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəyini deyib.
Basta