Rusiya sülhməramlıları Şuşaya girdi
Son üç gün ərzində 1100-dən çox rus hərbçisi və 168 ədəd hərbi texnika Dağlıq Qarabağa yerləşdirilib. Bu haqda Rusiya müdafiə naziri Serqey Şoyqu ölkə prezidenti Vladimir Putinə məruzəsində bildirib. Məruzə noyabrın 13-də Rusiya telekanallarında yayımlanıb.
Müdafiə naziri bildirib ki, Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq.
“Digər bir sülhməramlı bölmə Dağlıq Qarabağın şimalında yerləşdirilib. Sabah bu zonada səkkiz postun yerləşdirilməsini tamamlamağı planlaşdırırıq” dedi.
Şoyqunun sözlərinə görə, 10-11 noyabr tarixlərində Laçın dəhlizi nəzarət altına alınıb, cümə axşamı saat 17: 00-da sülhməramlılar Xankəndiyə daxil oldular.
Laçın və Şuşa ərazisində dörd müşahidə məntəqəsi qurulub, – deyə, Şoyqu məruzə edib.
“Bu gün Cənub zonasında müşahidə məntəqələrinin yerləşdirilməsini başa çatdırırıq. Ümumilikdə, bu zonada doqquz məntəqə olacaq” – deyə müdafiə naziri əlavə edib.
Basta