Müsavat başqanından həyəcan təbili

Müsavat başqanı Arif Hacılı Qarabağın taleyi ilə əlaqədar son günlər aparılan diplomatik danışıqlarda Azərbaycan təmsilçilərinin iştirak etməməsi ilə narahatlığını ifadə edib.

 

Müsavat başqanı özünün feysbuk hesabında aşağıdakıları yazıb:

 

” – Moskvada Lavrov Minsk qrupu həmsədrlərini toplayır. Qarabağ məsələsi müzakirə olunur.

 

– Putin onlayn müşavirə keçirir, ermənilərin Qarabağda yenidən yerləşdirilib möhkəmlənməsi məsələləri müzakirə olunur. Bu işə əsas beynəlxalq təşkilatlar cəlb edilir.

 

– Ankarada Rusiya və Türkiyə Müdafiə Nazirlikləri nümayəndələri toplaşır.

 

Qarabağ məsələsi müzakirə olunur.

 

– “Xoşməramlı qüvvələr”in rəhbəri “Arsax herbi” altında Arayik Harutunyanla görüşür. Qarabağ məsələsi müzakirə olunur.

 

Bəs Azərbaycan, qalib Azərbaycan xalqının, ordusunun təmsilçiləri haradadır?

“Sülhməramlı qüvvələr” in Şuşada nə işi var?

 

Niyə Qarabağa məlum bəyanatda nəzərdə tutulmayan hərbi texnika gətirilir?

 

…Ordumuzun döyüş meydanında qazandığı uğurlar Az TV-dəki mədhiyə kampaniyaları ilə yox, diplomatik sahədə aparılan iş, mübarizə, əgər istəyirsinizsə müharibə ilə təsbit olunmalıdır. Təsbit olunacaqmı?”

Basta