Müharibədən sağ çıxdı, bu gün şəhid oldu
Suqovuşan kəndində mina partlayışı nəticəsində azərbaycanlı zabit həlak olub, rusiyalı sülhməramlı zabit və Dağlıq Qarabağ ermənilərinin dörd nümayəndəsi yaralanıb.
Həlak olmuş zabit – polkovnik Babək Səmədli, korpus komandirinin müavini, Dağlıq Qarabağda hərbi əməliyyatların iştirakçısı olmuşdur.
RİA Novosti-nin məlumatına görə, Rusiya sülhməramlılarının, Dağlıq Qarabağdan xilasedicilərin, Azərbaycandan olan hərbçilərin və Qırmızı Xaçın nümayəndələrinin daxil olduğu beynəlxalq mütəxəssislər qrupu rayonda həlak olanların meyitlərini axtarıblar.
Yaralanan rusiyalı hərbçi Bakıya hospitala gətirilib, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.
Allah rəhmət eləsin!