Abid Şərifovun nəvəsinin istirahət mərkəzinin şəkilləri yayıldı

Azərbaycan Baş Nazirinin sabiq müavini Abid Şərifovun Londonda yaşayan nəvəsi Nicat Mahmudovun istirahət mərkəzi üzə çıxıb.
.
Reportyor.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, bildirib ki, N.Mahmudova məxsus Şəki Park hotel kompleksi 4 hektar ərazini əhatə edir: “Tikili sahəsi 5 213 kv m. olan mehmanxana və kotteclərdən ibarətdir. N.Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur, 20 yaşından İngiltərə paytaxtında bizneslə məşğul olur”.
.