ÜRƏKTUTMASINDAN NECƏ QAÇMAQ OLAR?
Pandemiyada ürək xəstəliyindən ölənlərin sayı demək olar ki, üçdə bir qədər artmışdır. Son tədqiqatlar göstərir ki, Covid-19 virusu qan damarlarında tromblaşma yaradaraq xəstələri infark riski altında qoyur.
ABŞ-ın kardioloji klinikasının direktoru və həkim John Osborne infarkt riskini azaltmaq üçün əsas qaydaları izah edib. Onun fikrincə, ürək xəstəliklərinin əsas səbəbləri yüksək qan təzyiqi və yüksək xolesterol səviyyəsidir. Hər şeydən əvvəl kilolu insanlar və əvvəllər infarkt keçirənlər risk altındadır. Riskləri azaltmaq üçün həkim əvvəlcə tütün məhsullarının istifadəsini dayandırmağı məsləhət görür. Gündə bir qutu siqaret çəkənlərin siqaret çəkməyənlərə nisbətən infarkt keçirmə ehtimalı daha yüksəkdir. Araşdırmalara görə pis vərdişdən imtina etmək infarkt riskini 36% azaldır.
İdman ürək-damar xəstəliklərinin profilaktikası üçün əlverişlidir. Yoqa, yürüş, aerobikaya üstünlük vermək məsləhətdir – qan dövranını yaxşılaşdırır və təzyiqi azaldır.
Fındıq, qoz, bol meyvə və tərəvəz ürək sağlamlığına faydalıdır. Xüsusilə, maqnezium və kalium olan meyvə-tərəvəz. Duz qəbulu məhdudlaşdırılmalıdır. Yüksək xolesterol səviyyəsinə və artıq çəkiyə səbəb olan zərərli yağlardan tamamilə imtina edilməlidir. Kifayət qədər və müntəzəm yuxu ürəyin bir saat kimi işləməsinə kömək edəcək – sutkada ən azı yeddi saat yatmalısan.
Pəhrizdəki kiçik bir dəyişiklik bədəndə ürək xəstəliyi və infarkt riski ilə əlaqəli maddələrin miqdarını azalda bilər. Xüsusilə, heyvan məhsulları istehlakının bağırsaq mikroflorasına zərər verdiyi vurğulanır. Bunun bakteriyalar daxil olmaqla mikroorqanizmlərin birlikdə yaşadıqları və harmoniyada çalışdıqları kompleks bir sistem olduğu qeyd edilir.
İnsan qırmızı ət kimi heyvan məhsulları yeyəndə bağırsaq bakteriyaları həzm zamanı trimetilamin N-oksid (TMAO) adlı bir maddə istehsal edir. TMAO-nun koronar arteriya xəstəliyi (CHD) və infarkt riskini artırdığı göstərilmişdir. Bu baxımdan dietinizə daha çox bitki qidası əlavə etmək məsləhətdir. Eyni zamanda, tərəvəz istehlakındakı artımla yanaşı, heyvan qidasının miqdarını azaltmaq lazımdır.
Avokado, qoz-fındıq və qızıl balıq: ketogenik pəhrizin ürək üçün faydaları
Vashington Universiteti və Sent Louis Universiteti Tibb Fakültəsi, yüksək yağlı ketogenik bir pəhrizin ürək üçün faydalı olduğunu sübut etdi.
Tədqiqatlar bu cür pəhrizin metabolik xəstəliklərlə əlaqəli ürək çatışmazlığının inkişafını qarşısını ala biləcəyini və ya hətta tərsinə çevirə biləcəyini göstərdi. Alimlərin fikrincə, ürəyin miyokardı yağları emal edərkən sərbəst buraxılan ürək atışını qorumaq üçün çox miqdarda kimyəvi enerji tələb edir.
“Bizim işimiz yüksək yağlı, az karbohidratlı bir pəhrizin ürək çatışmazlığı üçün sağlam bir qida hesab edilə biləcəyini göstərir”- tədqiqat rəhbəri Kyle McCommis belə deyib.
Maraqlıdır ki, 24 saatlıq oruc da siçanlarda ürəyin yenidən qurulmasında əhəmiyyətli dərəcədə yaxşılaşma təmin etdi.
“Pis” xolesterolu dərmansız necə azaltmaq olar
Yüksək xolesterol səviyyəsi damarların tıxanmasına və ürək problemlərinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, xolesterol səviyyəsini dərmansız bir çox vəziyyətdə sabitləşdirmək mümkündür.
Alman Ürək Vəqfinə görə, yüksək miqdarda “pis xolesterol” və ya LDL (aşağı sıxlıqlı lipoprotein) insult və ya infarkt riskini artırır. Eyni zamanda, aşağı səviyyələr ürək sağlamlığına müsbət təsir göstərir. “Pis” xolesteroldan qurtulmaq üçün ilk növbədə həyat tərzinizi dəyişdirməyi məsləhət görülür: arıqlamaq və sağlam qida qəbul etmək. Lakin, Alman Ürək Fondunun Elmi Məsləhət Şurasının kardioloqu Ulrich Laufs xəbərdar edir ki, yüksək LDL səviyyəsi çox vaxt genetikdir. O, nikotindən imtina edib idmanla məşğul olmağın zəruriliyinə diqqət çəkib.
Heybət Əmrah
Basta