Ərdoğan Bakıya gəlir
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Bakıya gəlir, Türkiyənin Anadolu Agentliyi bu barədə məlumat yayıb.
.
Türkiyə mediası Ərdoğanın Bakı səfərinin bu gündən başlayaraq iki gün davam edəcəyini bildirir.
.
“Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır”, agentlik yazır.
Ərdoğan noyabrın 10-da Bakıda keçıriləcək “Zəfər paradı”nda iştirak edəcək.