Arif Hacılı: “Rusiyanın məramı sülh yox, münaqişəni qoruyub saxlamaqdır”

“Rusiya “sülhməramlıları”nın əsil məramı Qarabağda sülh yaratmaq yox, tam əksinə münaqişənin qorunub saxlanmasına, davam etməsinə nail olmaqdır. Bu gün Yuxarı Qarabağ ərazisinə erməni əhalisinin yerləşdirilməsinə ermənilərin özlərindən daha çox maraqlı olan da Rusiyadır”.

 

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özününü feysbuk səhifəsində yazıb.

“Rusiya həm Azərbaycanda, həm də Ermənistanda təsir imkanlarını saxlamaq üçün ərazimizdə Bakıya tabe olmayan erməni anklavının olmasında maraqlıdır. Yoxsul Rusiya əhalisinin vergiləri hesabına yaranan dövlət büdcəsindən milyardlarla rubl vəsaiti Yuxarı Qarabağ ərazisində, məhz bu məqsədlə xərcləyir” – deyə, Arif Hacılı bildirib..

 

“İlham Əliyev demişdi ki, daha Dağlıq Qarabağ münaqişəsi yoxdur. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi var və nə qədər ki, Rusiya hərbi qüvvələri Azərbaycan ərazisindədir bu münaqişə həll olunmayacaq” – Müsavat başqanı vurğulayıb.

 

Basta