Ermənistan itkin düşən hərbçilərinin sayını dəqiqləşdirə bilmir – “Təxminən 73 nəfər”

Artıq iki gündür ki,  mediada bir qrup erməni yaraqlısının Azərbaycan əsgərləri tərəfindən əsir götürülməsini əks etdirən video-görüntülər yayılmaqdadır.

 

Bu müddət ərzində Ermənistanda bir neçə etiraz aksiyası keçirilib və itkin düşən hərbçilərin ailə üzvləri hökumətdən əsir düşən şəxslərin kimliyi haqqında dəqiq məlumat verilməsini tələb ediblər. Lakin Ermənistan hökuməti etirazçılara dəqiq məlumat verə bilməyib. Ermənistan KİV-ində bu mövzuda ziddiyətli xəbərlər yayılmaqdadır.

 

Yuxarı Qarabağdakı separatçı rejimə istinadən yayılan son məlumatda isə Hadrut istiqamətində “təxminən 73 hərbçi” ilə əlaqənin kəsildiyi və onların itkin düşdüyü bildirilir.

 

 

Basta