S.Ovsepyan: Caylaqqala və Köhnətağlar kəndlərində əsir götürülən hərbçilər Ermənistana təhvil verilib

Caylaqqala və Köhnətağlar kəndlərində Azərbaycan ordusu tərəfindən tərksilah edilən erməni hərbçiləri Ermənistana təhvil verilib. Bu haqda Nikol Paşinyanın “Mənim addımım” blokundan olan deputat Sofiya Ovsepyan özünün Facebook səhifəsində yazıb.

 

Ovsepyan bildirib ki, Qarabağda itkin düşən 72 nəfərlik dəstənin üzvləri Artıq Şiraka qayıdırlar və yaxın saatlarda öz evlərində olacaqlar. “Sputnik” xəbər verir ki, onun dediklərini digər teputat Karen Saruxanyan da təsdiqləyib.

 

Deputat adıçəkilən kəndlərin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olduğunu iddia edib.

 

Qeyd edək ki, dekabrın 12-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Hadrut bölgəsinin iki kəndinə hücum etdiklərini və ermənilər tərəfindən altı nəfərin yaralandığını bildirib. Rəsmi Yerevan ərazidə 73 nəfər erməni hərbçisinin itkin düşdüyü haqda məlumat yayıb.

 

Rəsmi Bakı bu məlumatlara münasibət bildirməyib.

 

Qeyri-rəsmi məlumatlara görə, Çaylaqqaya və Köhnətağlar kəndləri ərazisinə erməni hərbi birləşmələri noyabrın 26-da yerləşdirilib. Rusiya silahlı kontengenti həmin günlərdə yeni xəritə yayaraq, ərazinin sülhməramlıların nəzarət dairəsinə aid olduğunu iddia edib. İddiaya görə, Rusiya erməni tərəfinə bu kəndləri tərk etməyə çağırsa da, buna məhəl qoyulmayıb. Bundan sonra Azərbaycan ordusu ərazidə əməliyyat keçirib və qısa müddətdə kəndləri nəzarətə götürüb. Burada ələ keçirilən erməni əsirlərin bir hissəsi tərksilah edildikdən dərhal sonra Rusiya tərəfinə təhvil verilib.

 

Basta