Paşinyan hərbi xiyabanı “Nikol Türkdür” şüarı altında ziyarət etdi – Yenilənib

 

Baş nazir Nikol Paşinyan öz mühafizəçiləri və polisin mühafizəsi altında hərbi xiyabanı ziyarət edib. Bu zaman bir dəstə etirazçı “Nikol, çıx get”, “Nikol türkdür” şüarlarını səsləndirib.

 

***

 

Bir qrup müharibə veteranı Yerevandakı hərbi xiyabanın önündə canlı sədd quraraq, Ermənistanın baş nazir Nikol Paşinyanın hərbçilərin məzarlarını ziyarət etməsinə imkan verməyəcəklərini bildiriblər.

 

Bu gün Ermənistanda Qarabağda həlak olanlarla əlaqədar matəm elan olunub. Paşinyan Respublika meydanında xiyabana doğru yürüş keçirilməsini təşkil edib. Bu qərar Paşinyan əlryhdarlarının etirazına səbəb olub.

 

Bildirilir ki, Respublika meydanı yaxınlığında özünü  həlak olan əsgərlərin valideynləri kimi təqdim edən bir neçə şəxslə məmurlar arasında söz atışması baş verib.  Yürüş zamanı “Paşinyan satqındır” şüarı səsləndirənlər olub.

 

Basta