Paşinyan Süniki belə “fəth etdi” – sakinlər rayonun avtomobil yolunu bağladılar, o isə helikopterlə girdi
Ermənistanın Sünik rayonun sakinləri baş nazir Nikol Paşınyanın rayona gəlməsinin qarşısını almaq üçün yolu bağlayıblar.
Ermənistan mətbuatının məlumatına görə, rayon sakinləri Paşinyan “satqın” olduğu üçün, onu rayona buraxmayacaqlarını bildiriblər.
Lakin Paşinyan helikopterlə rayonun kəndlərindən birinə enib və burada bir qrup yerli sakinlərlə görüşüb. O, Sünikdə Rusiya sərhədçilərinin yerləşdirildiyini, bu səbəbdən yerli sakinlərin təhlükəsizliyi baxımından problem olmadığını bildirib.
Qeyd edək ki, üç gün bundan əvvəl bir qrup müharibə iştirakçısı Paşinyanın Yerevandakı hərbi xiyabanı ziyarət etməsinə əngəl olmağa çalışmışdı. Lakin polis canlı səddi yararaq, baş nazir üçün yol açmışdı.
Şünik rayonunun girişində Paşinyana qarşı etiraz aksiyası davam edir.
Basta