Rusiya Qarabağ ermənilərinə 35 vaqon “humanitar” yardım göndərib

 

Rusiya Yuxarı Qarabağa  35 vaqon humanitar yardım göndərib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilən məlumata  görə, bu, indiyədək göndərilən yardımların ən böyük partiyasıdır.

 

Bura ərzaq və məişət məhsulları, yanacaq, tikinti materialları, hətta hərbi məqsədlər üçün istifadə edilən UAZ avtomobilləri, dizel generatorları, yanğınsöndürən maşınlar daxildir.

 

Yüklərin Rusiya FHN əməkdaşları tərəfindən artıq boşaldıldığı (harada boşaldıldığı göstərilmir) və KamAZ maşınları ilə Xankəndinə daşındığı bildirilir.

 

 

Basta