Əsir götürülən erməni hərbçilərindən birinin barəsində həbs qərarı seçildi
Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməsində şübhəli bilinən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.
Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusu bir qrup erməni hərbçini əsir götürüb. Həmin əsirlərin içərisində Lüdviq Mkrtçyan da olub.
Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.