Hadrutda döyüşlərin getdiyi barədə xəbər təkzib edildi

Rusiyanın İnterfaks agentliyi xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Hadrut rayonunda atəşkəsin pozulması haqda məlumatların əsassız olduğunu bildirib.

 

Qeyd edilir ki, ərazi tamamilə Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir və burada hansısa insident qeydə alınmayıb.

 

Azərbaycan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

 

Sosial şəbəkədə dekabrın 27-dən başlayaraq yayılan məlumatlarda iddia edilir ki, ermənilərin hücumu nəticəsində Hadrutun Tuğ kəndində iki əsgərimiz şəhid olub, 5 əsgərimiz yaralanıb, 1 əsgərimiz əsir götürülüb, bundan sonra başlanılan antiterror əməliyyatı nəticəsində bir nəçə erməni silahlısı zərərsizləşdirilib.

 

Basta