Müsavat başqanının müavini: “Ölümüm haqda xəbərlər bir qədər şişirdilib”

“Döyüş tapşırığımızı uğurla yerinə yetirib hərbi hissəmizə geri dönürük”.

 

Bunu Müsavat başqanının müavini Fərəc Kərimli özünün feysbuk səhifəsində yazıb.

 

“Vətən Müharibəsində Azərbaycan ordusunun zabiti kimi iştirak etmək mənim üçün şərəf idi. Fizulidən Şuşaya qədər olan döyüşlərdə təvəzökarlıqdan uzaq olsa da fəxrlə deyə bilərəm ki, döyüş tapşırıqlarını yerinə yetirərkən verdiyim tapşırıqlardan – əmrlərdən düşmən qarşısında itki vermədik. Bunu da döyüş yoldaşlarım və yuxarı komandanlıq yüksək qiymətləndirib” – deyə, Fərəc Kərimli yazıb.

 

Müsavat başqanının müavini, Vətən müharibəsi zamanı ona və döyüşçülərinə dua edən, çətin günlərdə dəstək olan hər kəsə təşəkkür edirb: “Bu arada ermənilərin mənim döyüşlərdə öldürülməyim barədə yaydıqları xəbərlər haqda onu da deyim ki, Mark Tvenin sözü olmasın, “Ölümüm haqda xəbərlər bir qədər şişirdilib”.

 

Basta