BNA-dan Bəxtiyar Hacıyevə yazılan şərhlə bağlı açıqlama

Bakı Nəqliyyat Agentliyi qurumun feysbuk sosial şəbəkəsindəki rəsmi hesabından ictimai fəal Bəxtiyar Hacıyevin paylaşımına qeyri-etik ifadələr yazılması ilə bağlı məsələləyə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ nəzarətə götürülərək araşdırılıb: “Şərhin Agentliyin rəsmi hesabından yazılmadığı müəyyən edilib. Bu cür yazı tərzi heç bir halda qəbulolunan deyil və Bakı Nəqliyyat Agentliyinin mövqeyini ifadə edə bilməz”.