Bayden Trampın bir sıra fərmanlarını ləğv etdi
Amerikanın yeni prezidenti Co Bayden ilk iş günündə sələfi Donald Trampın bir sıra fərmanlarını ləğv edib.
ABŞ prezidenti Bidenin andiçmədən dərhal sonra qəbul etdiyi qərarlar bunlardır:
- Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin ləğvi haqqında;
- ÜST-ə qayıtmaq;
- Paris İqlim Sazişinə qayıtmaq;
- Bir sıra müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağanın ləğvi barədə;
- Kanada ilə Keystone XL boru kəmərinin tikintisinin dayandırılması barədə;
- maska rejimi haqqında – 100 gün ərzində hər yerdə maska taxmağı və dövlət qurumlarında maska rejiminə riayət edilməsi barədə çağırış etdi.
Bundan əlavə, Biden 20 Yanvarı Milli Birlik Günü elan etdi. Bəyanat Ağ Evin veb saytında yayımlanıb. Sənəddə deyilir: “Bu gün biz tariximizdə əvvəlkindən daha çox amerikalıların səs verdiyi, nəticədə xalqın iradəsinin eşidildiyi və həyata keçirildiyi bir seçkidən sonra demokratiyanın təntənəsini qeyd edirik”.
2020-ci ilin noyabrında keçirilən seçkiləri qazanan prezident Joe Bidenin andiçmə mərasimi 20 yanvarda baş tutub. İnauqurasiya günü ABŞ indeksləri yüksək səviyyələrlə yenilənib.
Heybət Əmrah
Basta