Tanınmış azərbaycanlı iş adamı koronavirusdan öldü

Tanınmış iş adamı, “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib.

 

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat veriblər. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.