Amerika Ukraynaya hərbi və iqtisadi yardım vəd etdi

 

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Kiyevə hərbi və iqtisadi yardım göstərməyə davam edəcəyinə söz verdi.

 

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ölkələrin münasibətlərdə “yeni bir günə başlamaq” barədə razılığa gəldiklərini söyləyib. Fevralın 1-də cənab Blinken və cənab Kuleba arasında telefon danışığı olub. Bu barədə Dövlət Departamentinin açıqlamasında məlumat verilir.

 

Telefon danışığında “Rusiyanın Ukraynanın və Krımın şərqindəki təcavüzü” məsələsinin diplomatik həlli də müzakirə edilib. Blinken Vaşinqtonun Ukraynanın suverenliyi, bütövlüyü və Avroatlantik istəklərinə “üstünlük verdiyini” söyləyib.

 

Ukrayna Xarici İşlər naziri Dövlət katibi ilə söhbəti Tvitterdə belə şərh edb: “Dövlət katibi Entoni Blinken ilə ilk söhbətimizdə Ukrayna və ABŞ arasındakı strateji tərəfdaşlığın vacibliyini bir daha təsdiqlədik,  bunun daha iddialı olmasında razılığa gəldik. Münasibətlərimizdə yeni bir gün başlayır.”

 

Heybət Əmrah

Basta