Müsavat Tarif Şurasının qərarının ləğv olunmasını tələb edir
Fevralın 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə ölkədə suyun qiymətinin və tullantı suların axıdılmasına görə xidmət haqqının iki dəfə artırılması haqqında Tarif Şurasının qərarı müzakirə olunub.
Qeyd edilib ki, ötən bir il ərzində koronavirus pandemiyası və karantin rejiminə ilə əlaqədar bir sıra sahələrin fəaliyyətinin məhdudlaşdırılması, bəzi müəssisə və təşkilatların fəaliyyətinin ümümiyyətlə dayandırılması əhalinin əksər hissəsinin gəlirlərinin azalmasına səbəb olub. Belə bir vəziyyətdə Tarif Şurası tərəfindən əvvəlcə benzin və dizelin, ardınca isə suyun qiymətinin iki dəfə artırılması əhalinin imkansız təbəqələrinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq.
Müsavat Partiyası Tarif Şurasının heç bir iqtisadi əsaı olmayan 31 yanvar tarixli qərarının ləğv olunmasını, əhalinin gəlirlərinin azalması ilə əlaqədar sosial böhranın aradan qaldırılması istiqamətində addımlar atılmasını tələb edir.
İclasda yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günündə Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvünün Növxanı kəndində öndərin abidəsini və doğmalarının məzarlarını ziyarət etməsi haqqında məlumat verilib.
Daha sonra qeyd edilib ki, fevralın 1-də Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin təsis olinmasının 72-ci ilidönümü tamam olur. Müsavat başqanı Arif Hacılı M.Ə. Rəsulzadənin iştirakı ilə keçirilən təsis toplantəsının ildönümü münaibətilə iclas iştirakçılarını təbrik edib, bununla əlaqədar Azərbay Kültür Dərnəyinin sədri Cəmil Ünalla telefon danışığı haqqında məlumat verib.
İclasda həmçinin ölkədə və regionda baş verən hadisələr müzakirə olunub.
İşğaldan azad edilmiş Ağdam rayonunda atəşkəsə nəzarət üzrə Monitorinq Mərkəzinin yaradılması, bununla da Türkiyə hərbçilərinin Qarabağda hərbi iştirakının rəsmiləşdirilməsi təqdir olunub.
Divan üzvləri Rusiyada müxalif siyasətçi Aleksey Navalnının çağırışı ilə keçirilən aksiyalar haqqında fikir mübadiləsi aparıb, bu aksiyaların zorakılıqla dağıdılması və bütün ölkə boyunca minlərlə etirazçının saxlanılması Putin rejiminin həyata keçirdiyi represiyaların davamı kimi qiymətləndirilib.
Basta