Milyonçu xalqın dilənçi məmurları
Bizim nəslə (Sovetin dövründə yaşayıb, təhsil almışlar) gəncliyimizin nəsib etdiyi
xatirələr bəlkə də böyük bir ensiklopediyanı əhatə edər. Öz milli köklərimizdən təcrid
etməyə xidmət etmiş bu dövr adamda nifrət qarışıq maraqlı həyat faktlarını da yaşadır və yada salır.
Məktəb çevrəsində elə bir mənəvi tərbiyə üsulu mövcud idi ki, biz həmin
məkandan sərbəst həyata qədəm qoyanda hesab edirdik ki, qurd quzu ilə otlayır. Ancaq
çətin sınaqlarla dolu illər bizi qoynuna alanda − işləyib, ali təhsil almaq kimi çox güclü iradə tələb edən bir mərhələ keçərkən cəmiyyətdə rastlaşdığımız tamamilə yanlış bir mənzərə bizi daxilən incidirdi. Ölkədə rüşvət adlı bir cərəyanın qol-budaqları sarmaşıq kimi bizim də əl-ayağımıza dolaşanda, orta məktəbdə əfsanələr söylənildiyi qənaətinə gəlirdik. Sovet imperiyasının bu ikiüzlü siyasəti 70 il davam etdi. O vaxtkı DTK-nın qandonduran “zəhmi” altında işləmiş bir prokuror söhbətlərinin birində deyirmiş ki, biz vəzifədə olanlar hökumətin qorxusundan çayxanada sadə camaatla, fəhlə, kolxozçu ilə bir masanın arxasında oturub çay içə bilmirdik. Ona görə ki, bizə irad tutulacaqdı ki, içdiyimiz çayın pulunu həmin fəhlə, kolxozçu ödəyib.
Bu mərhələdən adlayıb keçdik. Həyatımızın 30 ilini Azərbaycanın başına olmazın
müsibətlər açan “ərköyün ermənilərə” dözməklə havaya sovurduq. Heç demə hələ
tamaşa bitməyib. Öz “ərköyünləri”mizin tamaşasına baxmalıyıq. Əslində indi həbslərə doldurulan bu “ermənilər” − milyon, villa hərisləri xalqa, sadə camaata yaxşı tanışdır.
Hal-hazırda iqtidarda olan hakimiyyətin özünün həmin vəzifə kürsülərində əyləşdirdiyiv“milli qəhrəmanlardır”. Xalq arasında onları təcəssüm etdirən belə bir deyim − “Altı ayı mənim, altı ayı sənin” aforizmi aztəminatlı ailələrin dillərində əzbərdir.
Cəzasızlıqdan o qədər arxayınlaşmışdılar ki, bunu duyan sadə insanlar əlacsız halda
belə deyirdilər: “Neyləmək olar? Vəzifə ondan ötrüdür ki, orada olan rüşvət toplasın.
Vəzifədə canlı insan yox, robot da olsa, o da rüşvət alacaq”.
Doğrusu, elə bunlar da robota bənzər bir məxluqdur. Ona görə ki, hər ikisini
eyniləşdirən bir xüsusiyyət var: vicdan yoxluğu.
Nəzakət Muradova
Basta