Ata Abdullayev prokurorluq yox, DTX tərəfindən saxlanlılıb – RƏSMİ

Özünün videobloger kimi təqdim edən Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Onun hansı əmələ görə saxlanması hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.

 

Ata Abdullayev Azərbaycanda müxalifətin keçirdiyi mitinqlərin dağıdılması, xüsusən etirazçı qadınların saxlanılması işində göstərdiyi fəallığa görə məşhurlaşıb.

 

Mitinqlərdə xalqa “Qahmar” çıxan “ATAŞ” ləqəbli Ata Abdullayev Kimdir və Məqsədi Nədir? | Hokm.Az