Yenə artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər sağalaraq evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 239 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690-dır.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 470, bu günə qədər isə ümumilikdə 2 701 181 test icra olunub.