Müsavat başqanının feysbuk hesabına Rusiyadan müdaxilə
“Feysbuk profillərimizə müdaxilə var. Əsas tənqidi yazılarımız profillərimizdən silinir”.
Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.
“Ötən il seçki ərəfəsində Müsavata informasiya dəstəyi verən “Basta” səhifəsi də daxil olmaqla bütün səhifələrimiz silindi.
Sayt da bloklandı. İndi səhifələrimizi çətinliklə bərpa edirik. Bircə fb profillərimiz qalmışdı. İndi də profillərimizə müdaxilə var. Əsas tənqidi yazılarımız profillərimizdən silinir. Son iki həftədə iki yazım silinib.
Birini aşağıda təqdim edirəm. Digəri də M.Ə. Rəsulzadənın anım gününə həsr etdiyim yazı idi” – deyə, Arif Hacılı bildirib.
Müsavat başqanı onun hesabına Rusiyadan müdaxilə edildiyi barədə aldığı bildirişlərin skrinşotunu da dərc edib: “Maraqlıdır ki, profilimə gah Moskvadan, gah da S. Peterburqdan daxil olunduğu barədə məlumat verilir”.
“Rusiya Azərbaycan parlamentinə demokratik qüvvələrin daxil olmasına qadağa qoyub, bilirdik. Rusiya ərazimiz olan Yuxarı Qarabağa nəinki sahiblənməyimizə, hətta o tərəfə baxmağımıza qadağa qoyub, bilirdik. İndi Azərbaycanda hakim 5-ci kolonun sayəsində, hətta fb profilimizdə nəyi yazıb nəyi yazmamağımızı da Rusiya müəyyən edəcək, bunu da bilək” – deyə, Arif Hacılı etirazını bildirib.
Basta