Güney Azərbaycanda milli fəallara təzyiqlər səngimir – HESABAT
Ötən günəş ilində Güney Azərbaycan milli-mədəni fəallara daha çox təzyiqlər edilib.
Məsələn, Təbrizin Saib küçəsində keçirilən etiraz aksiyasında 40-a yaxın qadın və uşaq vəhşicəsinə döyülüb, təcridxanaya aparılıb. Sonra onlara işgəncə verilib.
Ərdəbilin Ciral parkında milli-mədəni fəallara qarşı zorakılıq və qeyri-insani davranış sərgilənib. Milli fəal Yaşar Piri saxlanılarkən döyülüb və istintaq təcridxanasında işgəncələrə məruz qalıb.
Ərdəbilli fəalların verdiyi məlumatlara görə, ötən il ərzində “Ettelaat” və ona bağlı başqa təhlükəsizlik qurumları milli-mədəni fəallarına təzyiq göstərmək üçün onları telefonla idarəyə çağırıb, hədələyib, şəxsi həyatlarına müdaxilə edib, əxlaq qaydalarına sığmayan formada fiziki-psixi təzyiqlərə məruz qoyublar.
Təhlükəsizlik məmurları qanun çərçivəsində və dinc fəaliyyət göstərən fəalları basqı altında saxlamaq üçün onların özlərinə, ailələrinə, yaxın ətraflarına zənglər edib, iş yerlərinə basqın edərək fəaliyyətlərinə əngəllər törədiblər.
“Ettelaat”-ın Ərdəbildə milli-mədəni fəallara qarşı həyata keçirdiyi bütün əməllər qanunsuz şəkildə və heç bir məhkəmə arayışı olmadan baş verib. Yalnız mədəni fəal Əli Xeyrcu yazılı çağırış vərəqəsi alaraq dindirməyə cəlb olunub. Məhkəmədə deyil, təhlükəsizlik idarəsinin informasiya qərargahında dindirilib.
Aşağıda qeyd olunan şəxsləri “Ettelaat”-ın telefon vasitəsi ilə çağırıb, təzyiq göstərib və hədələyiblər:
– Əli Xeyrcu – telefonla və məhkəmə bildirişi ilə əyalətin informasiya qərargahına çağırılıb.
– Şapur Nüsrətpur – telefonla çağırılıb və 4 saatdan artıq dindirilib.
– Rəhim Qulami – əyalətin informasiya qərargahına çağrılıb və 5 saatdan çox dindirilib.
– Müctəba Pərvin – telefonla əlaqə saxlanııb və həbs olunacağı ilə təhdid.
– Mehdi Huşmənd – təhlükəsizlik məmurları vasitəsilə Qaz İdarəsinə çağrılıb və dörd saatdan çox dindirilib, təhdid olunub.
– Həbib Nigəhban – telefonla əyalətin informasiya qərargahına çağırılıb və dörd saat dindirilib.
– Həmid Ədib Şəfiq – telefonla əyalətin informasiya qərargahına çağırılıb və beş saatdan çox dindirilib.
– İsa Nəzəri – telefonla əyalətin informasiya qərargahına çağırılıb və ən azı beş saat dindirilib.
– Nəsrullah Vəlizadə – telefonla əyalətin informasiya qərargahına çağırılıb və dörd saat dindirilib.
– Sədullah dünyəvi – telefonla əyalətin informasiya qərargahına çağırılıb və 5 saat dindirilib.
– Fərşid Piçkanlı – telefonla əlaqə saxlayıb və həbs olunacağı ilə hədələyiblər.
– Hüseyn Həsənnəjad – telefonla əlaqə saxlayaraq və fəaliyyətlərini davam etdirəcəyi təqdirdə həbs olunacağı ilə hədələyiblər.
– İbrahim Təhmasibnejad – fəalın iş yerinə basqın edilib və və ona bir neçə saat problem yaradıblar.
– Vəhid Bəndə Əmir – telefonla əlaqə saxlayıb və həbs olunacağı ilə hədələyiblər.
– Mehdi Hamid Sultani – telefonla əyalətin informasiya qərargahına çağrılıb və beş saatdan çox dindirilib.
– Möhsün İsmayili Əqdəm – telefonla əyalətin informasiya qərargahına çağrılıb və beş saatdan çox dindirilib.
– Möhsün Möhsünzadə – telefonla əlaqə saxlayıb və hədələyiblər.
Günaz TV