“Məni cərimələmək istəyirdi, 102-yə zəng vurdum, qaçdı”
Bu gün Sədərək ticarət mərkəzində özünü polis kimi təqdim şəxs orada “maskanı düzgün taxmayan” şəxsləri cərimələmək istəyərəkən insident yaşanıb.
Bu haqda Müsavat Partiyasının üzvü Əziz Məmimyev öünün feysbuk səhifəsində məlumat yayıb.
“Mülki formada olan tanımadığım şəxs yaxınlaşıb mənim karantin rejimi qaydalarını pozduğumu və tibbi maskadan düzgün istifadə etmədiyim üçün cərimə olunacağımı bildirdi. Maskadan tam düzgün istifadə edirdim. Əlində heç bir fakt yox idi” – deyə, Əziz Məmiyev bildirib.
Müsavatçı gənc DIN-in 102 çağrı mərkəzinə zəng edərək qanunsuzluqla üzləşdiyini bildirib, paralel olaraq feysbukda canlı yayıma başlayıb: “102 xidmətindən bildirdilər ki, özünü təqdim etsin, xanım operator xəttdə ola ola həmin şəxs heç nə demədən üstümə hücum elədi. Saatımı qırdı, özümə xəsarət yetirdi. Ətrafdakılar polkovnik-leytenant olduğunu bildirdilər. Gördü ki, camaat toplaşır, məsələ böyüyür, adam rəsmən qaçdı”.
Yayılan daha bir videoda Əziz Məmiyevi cərimələk istəyən şəxsin protokol yazmaqdan imtina etdiyi, “gör kimdə belə maska var” dediyi eşidilir.
Basta