Müsavat başqanından Ordumuza dəstək çağırışı
Müsavat Partiyasının başqanı Arif Hacılı bütün vətənsevərləri ordumuzun uğuru üçün səy göstərməyə çağırıb.
Çağırışda deyilir:
“Əziz dostlar.
Əziz bacı və qardaşlarım.
Alınan məlumatlardan görünür ki, erməni tərəfi ərazilərimizə hücumları davam etdirir. Yenə şəhidlərimiz var.
Bu gün döyüşən əskər və zabitlərin başına and içdiyi deyilən, cəsur generalımız Polad Həşimovun, artilleriya komandiri polkovnik-leytenant İlqar Mirzəyevin həlak olması barədə məlumat aldıq.
Başqa itkilərimiz də var.
Yəqin ki, döyüş əməliyyatları və mürəkkəb hərbi vəziyyət hələ davam edəcək.
Bu həssas məqamda, ən azı ziyan vurmamaq üçün diqqətli olmaq, döyüş bölgəsində olan əskər və zabitlərimizə dəstək vermək, ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur.
Bu Vətən Bizimdir!
Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.
Basta