Müsavat başqanı: “Hakimiyyət Rusiya qarşısında özünü kölə kimi aparır”
Müsavat Partiyasının başqanı Arif hacılı Natiq Ədilovun yotub kanalında ölkə gündəmini dəyərləndirib.
Arif Hacılı Qarabağda rus dilinin ikinci dövlət dili elan olunmasına, eləcə də Rusiyanın rəsmi şəxsləri tərəfindən Qarabağın Rusiya tərkibinə birləşməsi haqda absurd açıqlamalarına münasibət bildirib.
Müsavat başqanı Azərbaycan hakimiyyətini “Rusiya önündə özünü kölə kimi aparmaqda” ittiham edib və qeyd edib ki, “Əliyev tarixə Qarabağı Rusiyaya təhvil vermiş şəxs kimi düşəcək”.
Arif Hacılı Rusiyanın yüz illər boyu, qonşuğunda və təsir dairəsində olan xalqlara qarşı münasibətindən də danışıb: “Rusiyanın nəzarəti altında olan dövlətləri, nəzarətində olmayanlarla müqayisə edin… Rusiyanın nəzarəti altında olub inkişaf etmək mümkün deyil. Deyirlər Rusiya ilə dost olmaq lazımdır. Rusiyanın dostu olmaq mümkün deyil, Rusiyanın köləsi olmaq olar… Çünki Rusiya özünə dost yox, kölə axtarır, tarixən belə olub… İbrahimxəlil Xan özünün və ailəsinin təhlükəsizliyi müqabilində Sisiyanovla təslimçi sülh bağlayıb. İlham Əliyev Kürəkçay müqaviləsi haqqında danışmağı çox xoşlayır. Son nəticə nə oldu? İbrahimxəlil Xan özü də, ailəsi də güllələndi…”
Video-müsahibəni təqdim edirik: