Paşinyan kartları açdı: “Erməni-rus hərbi birləşmələri gücləndirilməlidir”

Bu buErməni-rus hərbi birləşmələri  regional təhlükəsizlik təhdidlərinə qarşı əsas amildir.

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Armavir bölgəsinin sakinləri ilə görüşündə deyib.

 

Rusiya Yuxarı Qarabağa hərbi qüvvələrin yerləşdirilməsini “sülhməramlı missiya” adlandırsa da, Nikol Paşinyan faktiki olaraq kartları açıb.

 

Baş nazirin sözlərinə görə, 30 ildir Ermənistan Azərbaycan təhlükəsi ilə üzləşməyə hazırlaşır, lakin 2020-ci il hadisələri göstərdi ki, təhlükənin  miqyası dəyişib.

 

“Azərbaycan faktoru ilə yanaşı, Ermənistan Türkiyə və terrorçu qruplaşmalar  təhlükəsi ilə də üzləşib. İndi bu yeni təhlükələrə  qarşı mübarizə üçün düsturlar tapmalıyıq. Və ən vacib düstur, fikrimcə, erməni-rus hərbi  qruplaşmasıdır. Mənə elə gəlir ki, yaxın gələcəkdə müzakirələr zamanı gücləndirməyi düşünməliyik. Ermənistan-Rusiya hərbi qruplaşması regional təhlükəsizliyin vacib bir komponentidir”.

 

Erməni-rus birgə hərbi birləşmələləri 1918 ci ilin  31 martında Bakı, Quba və Azərbaycanın digər ərazilərində on minlərlə insanın qanına qəltan edib.  Çağdaş tariximizdə 20 Yanvar və Xocalı qətliamlarının  da məhz erməni-rus hərbi birləşmələrini tərəfindən törədildiyi şübhə doğurmur.

 

 

Basta