DÇ-2022: Bu gün Azərbaycan millisi Serbiyanı, Türkiyə isə Latviyanı qəbul edir

Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatı-2022-nin seçmə mərhələsində Serbiya komandası ilə Bakıda görüşəcək.  Azərtacın məlumatına görə, Azərbaycan-Serbiya oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Seçmə mərhələnin “A” qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandaları mübarizə aparır.

“Serbiya çox çətin rəqibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Qələbə qazanmağa çalışacağıq”, – Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

 

Azərbaycan komandası A qrupundakı ikinci rəsmi oyununu Serbiya yığması ilə keçirəcək. Oyun Bakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. COVİD-19 pandemiyası səbəbindən oyun azarkeşlərin iştirakı olmadan baş tutacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazindir. Azərbaycan və Serbiya milli komandaları indiyədək beş görüş keçiriblər və oyunlarda Serbiya 14, Azərbaycan isə rəqibin qapısından 6 top keçirib.

 

Azərbaycan komandası seçmə mərhələdəki ilk qrup matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupda iki oyun keçirib və İrlandiyanı məğlub edib Portuqaliya ilə isə heç-heçə edib.

Serbiya A qrupunda 4 xalla liderdir Azərbaycan millisi isə 0 xalla qrupda sonuncu yerdədir.

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində millimizin də yer aldığı A qrupu ilə yanaşı, E, G və H qruplarında ümumilikdə 10 matç keçiriləcək, – oxu.az məlumat verir.

 

Türkiyə yığması Latviya ilə qarşılaşacaq.

 

Günün nisbətən maraqla gözlənilən qarşılaşması Qaret Beylli Uelslə E qrupunun lideri Çexiya arasında olacaq. Həmçinin, iki oyundur qələbə qazana bilməyən Slovakiya ilə H qrupunun lideri Rusiya arasındakı matçın da bol qollu keçəcəyi gözlənilir.

 

DÇ-2022, seçmə mərhələ
III tur
30 mart

 

A qrupu

20:00 Azərbaycan – Serbiya

22:45 Lüksemburq – Portuqaliya

Turnir cədvəli

1. Serbiya – 4

2. Portuqaliya – 4

3. Lüksemburq – 3

4. Azərbaycan – 0

5. İrlandiya – 0

 

E qrupu

22:45 Uels – Çexiya

22:45 Belçika – Belarus

Turnir cədvəli

1. Çexiya – 4

2. Belçika – 4

3. Belarus – 3

4. Uels – 0

5. Estoniya – 0

 

G qrupu

22:45 Cəbəllütariq – Niderland

22:45 Monteneqro – Norveç

22:45 Türkiyə – Latviya

Turnir cədvəli 

1. Türkiyə – 6

2. Monteneqro – 6

3. Niderland – 3

4. Norveç – 3

5. Latviya – 0

6. Cəbəllütariq – 0

 

H qrupu

20:00 Kipr – Sloveniya

22:45 Slovakiya – Rusiya

22:45 Xorvatiya – Malta

Turnir cədvəli 

1. Rusiya – 6

2. Sloveniya – 3

3. Xorvatiya – 3,

4. Slovakiya – 2

5. Kipr – 1

6. Malta – 1