Azərbaycanda COVİD-19-a yoluxanların sayında kəskin artım

Ötən gün Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 2146 hal aşkar edilib (ötən gün bu göstərici 1129 nəfər idi), 838 nəfər müalicə olunub, 25 nəfər vəfat edib. Bu barədə martın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Yoluxanların ümumi sayı 259 476 nəfərə çatıb ki, onlardan 237 338 nəfəri müalicə olunub, 3538 nəfəri vəfat edib. 18 600 nəfər aktiv xəstənin müalicəsi davam edir.

 

Pandemiya başlayandan 2 858 773, son sutka isə 14 099 test keçirilib.