Müsavat başqanından Rusiya sülhməramlılarının sayı ilə bağlı həyəcan təbili
Müsavat Partiyasının başqanı Arif Hacılı
Yuxarı Qarabağda atəşkəsə dair Azərbaycan, Rusiya və Ermənistan dövlət başmılarının imzaladığı 10 noyabr bəyanatında bölgəyə 1960 nəfərlik sülhmətamlı kontingentin yerləşdirilməsi nəzərdə tutulsa da, onlar üçün ümumi tutumu beş min nəfərdən artıq olan modul şəhərciklər salınıb.
Müsavat başqanı Arif Hacılı bunu Azərbaycanın suverinliyinə təhlükə kimi qiymətləndirib.
“Xalq olaraq yerimizdə otursaq ərazi baxımdan Yuxarı Qarabağı, suverenlik baxımdan Azərbaycanı itirəcəyik. Rusiya Müdafiə Nazirinin müavini Yuxarı Qarabağa gəlib. Burada Rusiya “sülhməramlıları” üçün nəzərdə tutulan 150, 250 nəfərlik 25-ci (!) modul şəhərciyinin açılışında iştirak edəcək. 1960 nəfərlik kontinqent üçün beş mindən çox yerlik şəhərciklərin salınmasının mənası kimlərəsə hələ də aydın deyilmi?” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Müsavat başqanı qeyd edib ki, Rusiya və Ermənistan hərbi rəhbərliklərinin də görüşləri intensivləşib: “Azərbaycan televiziya kanallarından biri bunun erməni hərbi qüvvələrinin də Qarabağda möhkəmlənəcəyi anlamına gəldiyini elə adi məsələ kimi elan edir ki, sanki, belə də olmalıdır”.
“İlham Əliyev tez-tez nəyi necə və vaxt etməyi yaxşı bildiyini deyərək hamının yerində oturmasını tələb edir. Amma, aydın görünür ki, xalq olaraq yerimizdə otursaq ərazi baxımdan Yuxarı Qarabağı, suverenlik baxımdan Azərbaycanı itirəcəyik!” -deyə, Arif Hacılı vurğulayıb.
Basta