Müsavat başqanı: “Rusiyadan “İsgəndər” raketlərinə gorə izahat tələb edilməlidir”
Rusiyanın Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı məsələni beynəlxalq qurumların müzakirəsinə çıxarmaq Azərbaycan hakimiyyətinin borcudur.
Bunu, Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.
Yazıda deyilir:
“ANAMA Şuşa yaxınlığında partlamış, beynəlxalq müqavilələrə görə xaricə satılması qadağan olunmuş “İskəndər M” raketlərinin fraqmentlərini aşkar edib.
Ermənistan ordusunun hərbi arsenalında Rusiya istehsalı olan “İskəndər M” raketləri və bu raketləri atmaq üçün müvafiq hərbi qurğular yoxdur.
Bütün bunlar Rusiyanın Ermənistana yalnız hərbi-siyasi dəstək verməklə kifayətlənmədiyini, bu ölkənin ərazisində olan hərbi bazası vasitəsi ilə 44 günlük Qarabağ müharibəsində birbaşa iştirakını təsdiq edir.
Bu, həm də Rusiyanın Azərbaycana qarşı törətdiyi beynəlxalq hərbi cinayətin sübutudur.
Aşkar olunan faktlarla bağlı Rusiyadan izahat tələb etmək, məsələni beynəlxalq qurumların müzakirəsinə çıxartmaq Azərbaycan hakimiyyətinin borcudur”.
Basta