ABŞ müdafiə naziri: “Rusiya hücum etsə, Ukraynaya dəstək verəcəyik”
Ukrayna Müdafiə Nazirliyi ötən gün axşam Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinlə onun ukraynalı həmkarı arasında aparılmış telefon danışığı barədə məlumat yayıb.
“ABŞ müdafiə naziri qeyd edib ki, Rusiya aqressiyasının eskalasiyası halında Birləşmiş Ştatlar Ukraynanı tək qoymayacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv cəhdlərinin həyata keçirilməsinə imkan verməyəcək”,-məlumatda deyilir.
Bildirilir ki, bu Lloyd Ostinlə Aandrey Taran arasında son ay yarım ərzində ikinci telefon danışığıdır. Son telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Virtualaz.org