Paşinyan Qasparyanın iddialarını təkzib edib

 

Paşinyan keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın 2020-ci il 27 sentyabrda başlanandan dörd gün sonra Qarabağ müharibəsinin dayandırılmasını təklif etməsi haqqında bəyanatını təkzib edib.

 

Bu barədə Ermənistan Baş naziri Ermənistan parlamentində 2020-ci Hökumət proqramının yerinə yetirilməsi haqqında illik hesabatı təqdim edərkən danışıb.

 

Onun sözlərinə görə, son vaxtlar bu mövzu ətrafında çoxlu “spekulyasiyalar” edilir və aydınlıq gətirmək lazımdır.

 

Paşinyan xatırladıb ki, Onik Qasparyan noyabrın 17-də bəyan etmişdi ki, müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin itkiləri haqında və yaranmış vəziyyətlə bağlı Silahlı Qüvvələrin münasibətini bildirərkən, guya deyibmiş ki, Ermənistanın resursları 2-3 günə tükənə bilər və müharibəni dayandırmaq lazımdır.

 

Paşinyan “tam məsuliyyətlə” bəyan edir ki, keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın bu açıqlaması “həqiqətə uyğun deyil”.

 

“Baş Qərargah rəisi belə söz deməyib və bu fakt o cümlədən rəsmi stenoqramada əks olunub. Söhbət Təhlükəsizlik Şurasının 30 sentyabr tarixli iclasından gedir, harada ki, Qasparyan, əksinə, deyirdi ki, düşmən heç bir müvəffəqiyyətə nail olmayıb, ordumuz qarşısına qoyulan tapşırıqları yerinə yetirir və sonadək yerinə yetirəcək”, – Paşinyan xatırladıb.

 

Bundan başqa, Paşinyanın sözlərinə görə, Qasparyan sentyabrın 30-da bunu bəyan edə bilməzdi, çünki bundan bir ay əvvəl, avqustun 21-də Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi deyirdi ki, erməni tərəfi Qarabağ istiqamətində mövcud olan qüvvələri və vasitələri ilə nəinki qarşı tərəfin həmləsini dəf etməyə, onun qoşun qrupunu dağıtmağa qabildir.

 

Lakin bu, o demək deyil ki, Ermənistan siyasi rəhbərliyi barışıq üçün heç nə etməyib, o deyib və xatırladıb ki, müharibə zamanı üç dəfə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.

 

Keçmiş Baş Qərargah rəisi Onik Qasparyan isə Paşinyanın bu çıxışına cavab verib və onun dediklərini “yalan” adlandırıb.

BBC