“Putinin Valdaydakı daçasının sirri” açıqlandı – Araşdırma

Korrupsiyaya Qarşı Mübarizə Fondu ( Фонд Борьбы с Коррупцией – FBK) Rusiya prezidenti Vladimir Putinin “ən gizli rəsmi yay iqamətgahı” ilə bağlı araşdırmanı yayımlayıb.  “Putinin Valdaydakı daçasının sirri” adlı bu filmdə  Novgorod bölgəsindəki Valday gölü sahilində tikilən iqamətgahdan bəhs edilir:

 

 

Kadastr sənədlərinə görə iqamətgahın sahəsi 250 hektardır. Bunlardan 150 hektarı rəsmi olaraq Rusiya Federasiyasına məxsusdur. Burada çoxsaylı tikililər – anbarlar, qarajlar, anqarlara və kiçik qonaq evləri mövcuddur. Torpağın qalan hissəsi Vladimir Putinin dostu Yuri Kovalçuka məxsus olan “Prime” MMC-nin adına rəsmiləşdirilib.

 

“Prime” iqamətgahın bu hissəsini Rusiya Federasiyası Prezidenti Aparatına icarəyə verir. Firmanın maliyyə hesabatlarına görə, son on ildə Prime icarə xidmətlərindən 2,7 milyard rubl qazanıb.

 

“Prime” dan icarəyə götürülmüş ərazidə 80-ə yaxın bina var. Bunların arasında sahəsi 3,500 kvadratmetr olan əsas dörd mərtəbəli malikanə, Çin pavilyonu, Rus izbası, hamamlar, sauna, tövlə, qolf meydançası, slaydlarla oyun meydançası, kinoteatrlı VIP restoran , boulinq salonu, bilyard otağı və mini-kazino, həmçinin xüsusi kilsə var.

 

Bununla yanaşı, FBK yazır ki,  malikanə ərazisində əsas iqamətgahdan az iki dəfə böyük olan  bir bina da var – bu, ümumi sahəsi təxminən 7000 kvadratmetri əhatə edən və iki yeraltı mərtəbəsi olan bir spa kompleksidir. Bu binada solaryum, üzmə hovuzu, cavanlaşma üçün istifadə olunan krio-kameralar,  hamam və saunalar, stomatologiya, kosmetologiya, palçıq terapiyası və limfopressiya otaqları, 25 metrlik hovuz və ayrıca masaj bloku daxildir.

 

2021-ci ilin yanvarında FBK “Putin üçün bir saray” adlı araşdırma filmi yayımlamışdı. Həmin araşdırma Rusiya prezidentinin Qara dənizdəki Gelendjik yaxınlığında ən azı 100 milyard rubla başa gələn və dostlarının və əlaqəli şirkətlərin pulu ilə tikilən bir iqamətgahdan istifadə etdiyi deyilir.  Bu film YouTube-da 115 milyon dəfə izlənilib.

 

Putin  sarayın ona aid olmadığını bildirib. Daha sonra prezidentin yaxın dostu, iş adamı Arkady Rotenberq özünü Gelendjikdəki sarayın sahibi elan edib.

 

Qeyd edək ki, FBK-nin rəhbəri Aleksey Navalnı hazırda həbsdədir.

 

Basta