Komada olan iki əsgərimiz şəhid olub
Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.
“Report”un xəbərinə görə, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Mərhum Ağstafa rayonunun Pirli kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
***
Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Səbuhi Hüseynli dəfn olunub.
Oxu.Az xəbər verir ki, Xaçmaz rayon Maqsudkənd sakini Səbuhi Hüseynli doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, S.Hüseynli 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 20-də yaralanıb və komada olub. O, dünən şəhidlik zirvəsinə ucalıb.