Rusiyada Navalnıya dəstək nümayişləri – Video

Bu gün Rusiyada  həbsdə olan müxalif siyasətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Фонд Борьбы с Коррупцией – FBK) Aleksey Navalnı ilə həmrəylik nümayişləri keçirilir. Ölkənin müxtlif şəhərlərini əhatə edən aksiyada həkimin Navalnı ilə  görüşməsinə icazə verilməsi və ona lazımi tibbi yardım göstərilməsi tələb edilir. Qeyd edək ki, FBK rəhbəri  saxlandığı koloniyada martın 31-dən bəri bu tələblə aclıq aksiyası keçirir.

 

 

Navalnı tərəfdarları, aksiyaların Sankt-Peterburq və Moskva da daxil olmaqla, Rusiyanın ən böyük şəhərlərində olacağını elan ediblər. Hakimiyyət orqanları aksiyanın keçirilməsi barədə müraciətlərə rədd cavabı verib.

 

Hələlik ən izdihamlı nümayişlər İrkutsk və Novosibirskdə baş tutub. Ölkə boyunca aksiyanın yüzlərlə iştirakçısı və təşkilatçısı saxlanılıb. Saxlanılanlar arasında FBK-nin təmsilçilərindən biri, araşdırmaçı jurnalist Lyubov Sobol da var.

 

Nümayişlər Rusiyanın internet mediasında yayımlanıb.

 

 

 

 

 

Basta