Dövlət katibi Blinken İlham Əliyevə zəng etdi
ABŞ Dövlət Departamentinin 28 aprel tarixli press-relizinə əsasən, Dövlət katibi Anthony J. Blinken Azərbaycanın dövlət başçısı İlham Əliyevlə danışıb.
Dövlət katibi Blinken və İlham Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın davamlı əhəmiyyətini vurğuladılar və bir sıra məsələləri müzakirə etdilər.
Dövlət katibi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin vacibliyini vurğuladı və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli üçün danışıqlar aparmaq səylərini davam etdirməyin vacibliyini bildirdi, ” – pres relizdə deyilir.
Xatırladaq ki, bundan əvvəl İ.Əliyev Vaşinqtonu İrəvanla birtərəfli təmaslarda və Bakını saymamazdıga görə tənqid etmişdi.