Azərbaycan ordusu Ağdərə istiqamətində yenidən irəliləyib

Azərbaycan Silahlı Qüvvələri Qarabağın Ağdərə rayonundakı Sırxavənd kəndi ərazisində yenidən irəliləyib.

 

Bu barədə separatçı rejimin bölgə üzrə başçısı Hayk Baxşiyan Sputnik Ermənistan-a bildirib.

 

“Azərbaycanlılar yenidən irəlilədilər. Əvvəlki məsafəyə yaxınlaşdılar” – deyə, Baxşiyan bildirib.

Məlumata görə, hazırda Rusiya “sülhməramlıları” ilə bununla bağlı danışıqlar aparılır. Azərbaycan ordusunun Sırxavəndin 1,5 kilometrliyinədək   yaxınlaşdığı deyilir.

 

Azərbaycan rəsmiləri bu barədə məlumat verməsə də, erməni mənbələr bildirir  ki, Azərbaycan ordusu aprelin 25-də Sırxavənd kəndinə  370 metr yaxınlaşıb. Bir gün sonra arxaya çəkilən ordumuzun aprelin 28-də yenidən irəlilədiyi bildirilir.

 

Basta