Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu dəqiqləşib.
Modern.az xəbər verir ki, bu, kapitan Əbülfəz Hüseynverdi oğlu Rəhmətovdur.
Əslən Lerikin Anbu kəndindən olan Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə dünyaya gəlib. Şəhid kapitan Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə ailəsinin onunla əlaqəsi kəsilmişdi.
Zabitimizin nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. Şəhidimizin 2 övladı yadigar qalıb.
Allah rəhmət eləsin…