Futbol azarkeşləri üçün şad xəbər
Koronavirus pandemiyasına görə keçən il təxirə salınan futbol üzrə Avropa Çempionatının startına sayılı günlər qalıb.
Bu gündən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.
Azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər. Bunlar aşağıdakılardı:
Köşk №1 (M.Rəsulzadə 3., Bakı);
Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı);
Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı);
1 saylı “ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı);
2 saylı “ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı);
3 saylı “ASAN xidmət” mərkəzidə (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı).
Fanatlar biletləri eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də ala bilərlər.
Biletlərin qiymətləri üç kateqoriya üzrə dəyişir: 1-ci kateqoriya – 250 AZN, 2-ci kateqoriya – 150 AZN, 3-cü kateqoriya – 60 AZN.
AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq: A qrupu 12 iyun, saat 17:00 Uels – İsveçrə 16 iyun, saat 20:00 Türkiyə – Uels 20 iyun, saat 20:00 Türkiyə – İsveçrə 1/4 final mərhələsi 3 iyul, saat 20:00