Azərbaycan Eurovision 2021-in birinci yarımfinalında

 

Bu gün keçiriləcək Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan təmsilçisi çıxış edəcək.

 

Azərbaycanı Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsində Samira Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edir.

 

Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.

 

https://youtu.be/HSiZmR1c7Q4

 

Mahnı müsabiqəsi Hollandiyanın Rotterdam şəhərində keçirilir.

 

Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final isə mayın 22-də baş tutacaq.

 

Rotterdamda müsabiqə 2020-ci ildə keçirilməli olsa da COVİD 19 pandemiyası ilə əlaqədar müsabiqə təxirə salınmışdı.

 

Birinci yarımfinalda Azərbaycanla yanaşı Rusiya, Avstraliya, Norveç, Xorvatiya, İsrail, Belçika, Ukrayna, Malta da çıxış edəcək.

 

BBC