“Benzinin bahalaşması ilə bağlı rəsmilərin izahı məntiqsizdir”

Bu gündən Aİ-95 markalı premium benzinin qiyməti 1.40 qəpik olub.  Qiymət artımına qədər Aİ-95 1.25 qəpik idi.

 

“Premium” və “Super” markalı benzin Azərbaycana idxal olunur. Bu benzin markaları idxal olduqları üçün onların qiymətləri beynəlxalq qiymətdən asılıdır”.

 

Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda “AI-95” markalı benzinin bahalaşmasına münasibət bildirərkən qeyd edib.

 

Jurnalist Tatyana Kryuçkina benzinin bahalaşması ilə bağlı rəsmilərin arqumentlərini məntiqsiz adlandırıb.

 

“Birinci sual: neft ucuzlaşanda benzin qiyməti niyə ucuzlaşmırdı? İkincisi. Bu ilin yanvar-mart ayları ərzində ölkəyə 26 min 277,71 ton həcmində və 16 milyon 781,15 min dollar dəyərində “Aİ-95” markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 638,6 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 15,7 faiz azdır. Bəs onda qiymət niyə qalxır? Cavabı siz özünüz tapın, çünki rəsmi qurumların arqumentləri heç bir məntiqə sığmır” – deyə, jurnalist özünün feysbuk hesabında yazıb.

 

Basta