Bayden və Ərdoğan Qarabağ məsələsini müzakirə edəcəklər

 

ABŞ prezidenti Co Bayden, türkiyəli həmkarı Rəcəb Ərdoğanla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.

 

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə məlumat verib. Xəbər verdiyimiz kimi, Türkiyə və ABŞ-ın liderləri 14 iyunda Brüsseldə keçiriləcək NATO sammiti çərçivəsində bir araya gələcək və təkbətək görüşəcəklər.

 

Sallivanın sözlərinə görə, prezidentlər Şərqi Aralıq dənizi, Suriya, İran və Dağlıq Qarabağdakı vəziyyət kimi regional məsələlər daxil olmaqla “geniş və əhatəli” gündəliyi müzakirə edəcəklər.

 

Basta