Müsavat Divanının iclası keçirilib

İyunun 7-də Müsavat Partiyası  Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.

 

Kəlbəcər rayonunda iki jurnalist və bir məmurun minaya düşərək  həlak olması, daha dörd nəfərin yaralanması Ermənistan tərəfindən törədilmiş növbəti terror aktı kimi qiymətləndirilərək pislənilib. Qeyd edilib ki, bu cür terror aktlarının qarşısının alınması üçün ciddi tədbirlər görülməli, sərhədlərin toxunulmazlığı təmin edilməlidir.

 

İclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə planlaşdırılan görüşünün Azərbaycana mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

 

Partiya üzvü Elman Quliyev partiya nizamnaməsini pozduğuna görə və öz ərizəsi nəzərə alınaraq partiya sıralarından xaric edilib.

 

Sonda cari məsələlər müzakirə edilib.